Biyografi Ara!

Binlerce biyografi keşfedilmeyi bekliyor

Fethi Gedikli

akademisyen, yazar

Sayfayı paylaş
İlgili Kategoriler
Fethi Gedikli
Fethi Gedikli    (1960)
akademisyen, yazar

1960 yılında Trabzon'un Akçaabat ilçesinde doğdu. İlk ve ortaöğrenimini doğduğu ilde tamamladıktan sonra, Hacettepe Üniversitesi'nde İngilizce Hazırlık (1979-80), İstanbul Üniversitesi’nde Hukuk okudu (1984). İngiltere’de Birmingham ve Londra’da bir yıl (1988-89), Mısır’da Kahire’de (1992) 10 aya yakın bir süre araştırmalarda bulundu. Nizamiye Mahkemelerinin Kuruluşu, Yapısı ve Hukuk Yargılama Usûlü adlı yüksek lisans teziyle bilim uzmanı (1989), 16. ve 17. Asır Osmanlı Şer’iyye Sicillerinde Mudârebe Ortaklığı: Galata Örneği konulu çalışmasıyla doktor oldu (1996). M.Ü. Hukuk Fakültesi’nde Hukuk Tarihi anabilim dalında öğretim üyesi olarak çalıştı. Özel Aydın Üniversitesi öğretim üyesi.

ESERLERİ:

Çağdaş Azerbaycan Şiiri Antolojisi (Yusuf Gedikli ile, 1983) ve Tarihi ve Sosyal Bağlamı İçinde İslâm Hukuku (Der. Aziz el-Azme, çeviri, 1992), Osmanlı Şirket Kültürü İz Y.


“Yom" Dərgisi və Glinkonın kitabı
12.06.2009
Fethi Gedikli

Bakıdakı vəzifəm sırasında, S. N. Glinkonın “Opisanie pereseleniya armen adderbidjanskih v predlı Rossiy” adlı kitabını gördüyümdə bunun dərhal dilimizə çevrilməsi gərəkdiyinə inanmışdım. Zira 1828-ci ildə Çarlıq rus ordusunun Təbrizə qədər bölgəni işğal etməsindən sonra İran ermənilərinin Naxçıvan, İrəvan və Qarabağa köçürülməsini anlatan və 1831-ci ildə Moskvada əsgəri senzuradan keçdikdən sonra basılan yarırəsmi bir mətndi. Bundan iki il qabaq onun tərcüməsini Bakıda rus dili müəlliməsi Natəvan Əliyevaya yapdırmışdım. Türkiyəyə döndükdən sonra uyğun bir vaxt tapıb əsəri yayımlayamadım. Ötən il onu Azərbaycan türkcəsindəki çevirisindən bizim ləhcəyə köçürürkən təsadüfən “Azərbaycan ermənilərinin Rusiya hüdudlarına köçürülməsinin təsviri” başlıqlı tərcüməsiylə (çevirəni Vasif Quliyev, redaktoru Sarvan Ağayev, Baku, «Azərbaycan» nəşriyyatı, 1995) qarşılaşdım. 

Mənim yaptırdığım çeviri (N. Əliyeva çevirisi) ilə V. Quliyevinkini tutuşdurduğumda, ikincinin daha tam olduğunu gördüm. Natəvanın Əliyeva çevirisi, əsərin məğzini verən müxtəsər bir tərcüməydi. V.Quliyevin tərcümə mətnində də ara başlıqlar çevrilməmişdi. V.Quliyevin çevirisini əsas götürərək və N.Əliyevanın çevirisindən də istifadə edərək və əsl rusca mətnə də baxaraq daha düzgün bir nəşr yapmaq qərarını verdim. 

Glinkonın kitabının önəmi 1828-ci il kimi erkən bir dövrdə “erməni məsələsi”nin necə başladığını birinci ağızdan bizə anlatmasıdır. Çarlıq Rusiyası Osmanlı və Qacar dövlətinə qarşı öz cənub sınırlarını qoruyacaq və bu iki dövləti davamlı narahat edəcək bir alət icad etmişdi. O tarixə qədər yurdlarında olduqca rahat şəkildə işiylə-gücüylə məşğul olan erməniləri, öz din adamlarını da kullanarak, çeşidli vədlərlə və zaman-zaman zorla, o sırada ağırlıqla müsəlman nüfusla qaplı olan Naxçıvan, İrəvan və Qarabağa toplamış; bunlara Erzurum və havalisindəki erməniləri də qataraq bölgənin nüfus yapısını dəyişməyə müvəffəq olmuşdur. Beləliklə, daha sonra meydana gələn üzücü hadisələrin yaradılması üçün “uyğun bir alt-yapı çalışması” gərçəkləşdirmişdir. Bu səbəblə, “erməni məsələsi”ni anlamaq baxımından kitab vaz keçilməz bir önəmdədir. Bununla birlikdə, bu əsər bugünədək, önəminə tərs bir biçimdə erməni məsələsi ədəbiyyatında son dərəcə az istifadə edilmiş bir qaynaqdır. 

Kitabın əsl adında yer alan “Addərbican” İranın qərbində yerləşən tarixi yerin adıdır. 

Dolayısıyla “Addərbican erməniləri” təbiriylə anladılan da bu bölgədə yaşayan ermənilərdir, yəni bugünkü ismiylə İran erməniləridir. Bu yüzdən bir qarışıqlığa yol açmamaq üçün nəşrdə bu tarixi ismi Azərbaycan kimi yazmadıq, əsl şəklini qoruduq. 

Rusyanın əkdiyi toxumlar 1993-cü ildə Qarabağ müharibəsiylə birlikdə Azərbaycanın beşdə birinin işğalı və bir milyona yaxın azərbaycanlının yerindən-yurdundan çıxarılmasıyla sonuclanmışdır. Bu yönüylə kitab güncəlliyini hələ də muhafizə etməkdədir.

Glinkonın kitabı 1831-ci il tarixli Moskva nüsxələrinin əsasında1990-cı ildə Bakıda yenidən nəşr edilmişdir. 142 səhifədən ibarət olan kitabın sonuna Türkmənçay müqaviləsinin surəti də əlavə edilmişdir.

2005-ci ildən bəri Bakıda buraxılan “Yom Türk dünyası mədəniyyət dərgisi” bu ildən belə İstanbulda yayım həyatına davam etməyə başlayıb. Türkiyədəki ilk sayında (№13) başqa məqalələrlə birlikdə, Glinkonın bu önəmli əsəri də Türkiyə elm aləminə təqdim olunub.