Ana Sayfa Kategoriler Editör İletişim  

   Alfabetik Arama
A B C Ç D
E F G H I
İ J K L M
N O Ö P R
S Ş T U Ü
V Y Z



   Ekstra
     müstear isimler
     peygamberler
     Asr-ı Saadet'te Türkler
     basında biyografi.net
     Biyografi Nedir?
     neden biyografi.net
     sizin biyografiniz
     cv nasıl hazırlanır ?
     genel biyografi kitapları
     takma adlar
     editör



 Linkler 
   Biyografi Tv
   facebook/Biyografi Net
   twitter.com/biyografinet
   Biyografi Atölyesi
   boğazdaki aşiret
   biyograf
   biyografi kitabı
   www.biyografianaliz.net
   biyografimarket.com

   Biyografi Arama

  

isim ara soyadı ara
 
   
   

     Biyografi Market İçerik  
KİTAP BİYOGRAFİ
 Portre Anlatı
 Günlük
 Biyografi Dosya
 Mektup
 Kronoloji
 Kim Kimdir
 Anı-Hatırat
 Otobiyografi
 Biyografi Genel
 Şecere
 Biyografik Araştırma
 Gezi-Seyahat
 Biyografik Roman
 Biyografik Şiir
FOTOĞRAF
 Görsel Kitap
 Biyografik Fotoğraf
 Şehir Fotoğraf
 Tarihi Eser Fotoğraf
  SAHAF KİTAP
  KAYNAKÇA
 Kaynak Tarama-Kupür
 Bibliyografya
 DVD-CD-VCD
 Biyografi Belgesel
 KİTAP GENEL
 Türkçe Dil Öğretimi
 Kaynak-Çeviri

Daha Fazlası BiyografiMarket.com'da



Facebook da paylaş Twitter da paylaş Live da paylaş

Oruc Türksevər Musayev

akademisyen



kendi dilinden hayatı

Mən, Musayev Oruc İbrahim oğlu, 1929-cu ildə indiki Şəmkir rayonunun Dəlləkli kəndində kəndli ailəsində anadan olmuşam. 1930-cu illərdə kəndlərin planlaşdırılması ilə əlaqədar olaraq mənim anadan olduğum kənd ləğv olunmuş ailəmiz həmin rayonun Dəllərcəyir kəndinə köçürülmüşdür. 1938-ci ildə məktəbə getmiş və 1948-ci ildə orta təhsilimi başa vurmuşam. 1949-cu ildə Azərbaycan Dövlət Xarici Dillər Pedaqoji İnstitutunun İngilis Dili Fakültəsinə daxil olmuş və 1953-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişəm. İnstitutu fərqlənmə diplomu ilə bitirdiyim üçün 1953-cü ildə həmin institutun aspiranturasına daxil olmuşam və dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşəm.

Əmək fəaliyyətinə 1956-cı ildə başlamışam və 50 ildən artıq zaman kəsiyində İngilis Dilinin Qrammatikası kafedrasında əvvəlcə sıravi müəllim, sonra baş müəllim, daha sonra dossent, 1985-ci ildən isə həmin kafedrada professor vəzifəsində çalışaraq gənc nəsilin təlim-tərbiyyəsi ilə məşğul olmuşam. 20 ildən artıq bir müddətdə adı çəkilən kafedraya başçılıq etmişəm. 7 il isə çalışdığım ali məktəbdə elmi işlər üzrə prorektor vəzifəsində institutun elmi-yaradıcılıq fəaliyyətinə başçılıq etmişəm. 1998-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşəm.

Çalışdığım instituta 2001-ci ildə universitet statusu verilmiş və o tarixdən etibarən bu ali məktəb Azərbaycan Dillər Universiteti adlandırılmışdır. Mən də sonrakı fəaliyyətimi həmin universitetdə davam etdirmişəm və təlim-tədris və ictimai işlərlə yanaşı həmçinin elmi-tədqiqatla məşğul olmuşam. Qeyd edim ki, mən elmi fəaliyyətə hələ 2-ci kurs tələbəsi olarkən maraq göstərmişəm: “Tələbə-elmi cəmiyyəti”-nin üzvü olaraq o zaman “Mehdi Hüseynin “Abşeron” romanının ingilis dilinə tərcüməsi haqqında” elmi iş yazmış və respublika üzrə ali məktəb tələbələrinin elmi işləri üzrə keçirilmiş müsabiqədə 1-ci dərəcəli mükafat almışam. Onu da deyim ki, həmin müsabiqənin sədri olan mərhum professor Cəfər Xəndanın imzası ilə təsdiq edilən və mənə təqdim edilən həmin arayışı bu gün də əziz bir xatirə olaraq saxlamaqdayam. Bir tələbə olaraq mənim üçün çox böyük önəmi olan bu hadisədən sonra mən elmi-tədqiqat işinə böyük həvəs və ciddiyətlə yanaşmış bir sıra məqalələr, monoqrafiyalar və ölkəmizin orta ümumtəhsil və ali məktəbləri üçün bir sıra dərsliklər və dərs vəsaitləri yazmışam; Azərbaycan leksikoqrafiyasında ilk dəfə olaraq 2 böyük həcmli lüğət – Azərbaycanca-İngiliscə və İngiliscə-Azərbaycanca – işıq üzü görmüşdür.

Çağdaş zamanda da əmək və elmi fəaliyyətimi davam etdirməkdəyəm: Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Hind-Avropa dilləri şöbəsi müdiri vəzifəsində çalışıram.

3 evladım, 7 nəvəm, 1 nəticəm var.




Siz de biyografi.net'te yer alabilirsiniz
"
İyi ki, biyografi.net var!" 



biyografi.net
    İngilizce Biyografi
   English Biography

    ünlü kadınlar

   Nasreddin Hoca
  ben de biyografi.net'teyim
  fıkralardan seçmeler



   Makaleler
   Kiralık dairenizi nasıl alırdınız? Apartman, rezidansta ya da site içinde?
   Üniversite Öğrencilerinin Kiralık Daire Ararken Karşılaştıkları Zorluklar
   Datça macunu satan eczaneler, aktarlar ve akciğer detoksu satış noktaları
   Sevgiliye Hediye Alternatifleri
   Yüzellilikler Listesi
   ULUSLARARASI “İPEK YOLU’NUN YÜKSELİŞİ VE TÜRK DÜNYASI” BİLGİ ŞÖLENİ
   OSMANLI PADİŞAHLARI SIRALAMASI
   33 yazarın Türk Çocukluğu
   MAHMUT ÇETİN HAKKINDA YAZILANLAR
   1 KASIM 2015 SEÇİMİ MİLLETVEKİLİ LİSTESİ

  Biyografik Takvim
ocak şubat mart
nisan mayıs haziran
temmuz ağustos eylül
ekim kasım aralık

    Tanıtım

    Tanıtım



   İletişim
BİYOGRAFİ NET YAYINCILIK
Tel: 0542 235 72 49



biyografi.net@gmail.com

İkitelli Vergi Dairesi
11452255634
Tasarım: Nihat Çeliker www.webofisi.com  

 

Ana Sayfa İletişim Künye Bu Sayfayı Yazdır Sık Kullanılanlara Ekle E-ticaret Kpss Kitapları Pasaj Grup
Powered By Webofisi.com